“Bakıda nəqliyyat sektorunda görülən işlərin intensivliyi artacaq”

“Bakıda nəqliyyat sektorunda görülən işlərin intensivliyi artacaq”
 

"Ölkə prezidentinin ictimai nəqliyyata, ümumilikdə Bakıda nəqliyat infrastrukturuna diqqəti və yanaşması son illər özünü daha qabarıq şəkildə götərir. Son vaxtlar Prezident tez-tez bu sahə ilə maraqlanır. Bu yaxınlarda "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında da ölkə rəhbəri bu barədə maraqlandı və ona parklanma və digər məsələlər barədə məlumat verildi. O baxımdan düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə daha böyük irəliləyişlər əldə olunacaq”.

Bu sözləri açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

"Çünki ölkə rəhbəri məsələyə nəzarəti intensivləşdiribsə, deməli görüləsi işlərin də intensivliyinin artması qaçılmazdır. Bu gün Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli ilə görüşdə Prezidentin, xüsusilə, ictimai nəqliyyat məsələsinə yanaşması, parklanma ilə bağlı fikirləri mənim üçün çox xoş oldu. Prezident özü bu məsələlərlə birbaşa maraqlanır və vəziyyətdən məlumatlıdır. Düşünürəm ki, onun verdiyi tövsiyyələr də yerinə yetirildikdə artıq ictimai nəqliyyat və digər sahələrdə olan problemlər də aradan qalxacaq.

 

Ölkə başçısının da vurğuladığı kimi BNA-nın ötən ilki fəaliyyəti həqiqətən qənaətbəxş olub. Piyada səkilərinin müəyyən tələblər çərçivəsində qurulması və bu istiqamətdə yeniliklərin edilməsi, ictimai nəqliyyatda kart sisteminin tətbiqi, ölkəyə yeni avtobusların gətirilib dövriyyəyə buraxılması, ətraf mühitin qorunması üçün BNA-nın sıxılmış qazla işləyən, daha müasir tələblərə cavab verən avtobuslara meyllənməsi və digər addımlar vətəndaşlara xidmət və ətraf mühitin qorunması baxımından çox önəmli faktorlardır. Bunları dəyərləndirmək lazımdır.

Görüşdə Prezident bir çox məsələlərlə bağlı tövsiyyələrini verdi. Xüsusilə parklanma ilə bağlı vətəndaşlarımızın narazılığı var və Prezident özü də bunu ifadə etdi ki, biz əvvəl şərait yaratmalı, sonra vətəndaşlardan qoyulan tələblərə riayət etməyi tələb etməliyik. Düşünürəm ki, bu istiqamətdə də müəyyən addımlar atılsa, BNA-nın növbəti illərdə də fəaliyyəti bu günkü görüşdə olduğu kimi təqdir olunacaq”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Görüşdə ölkə başçısı Bakı Nəqliyyat Agentliyinin keçən ili yaxşı nəticələrlə başa vurduğunu, görülən işlərin bir hissəsi ilə özünün şəxsən tanış olduğunu bildirib, keçən ilin agentlik üçün uğurlu il olduğunu vurğulayıb. Eyni zamanda, ölkə başçısı qeyd edib ki, görüləsi işlər hələ çoxdur və əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. (Fins.az)


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...