No Image
No Image

Bakıda motosikl avtobusla toqquşdu: xəsarət alan var

Bakıda motosikl avtobusla toqquşdu: xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Sürücü, 2001-ci il təvəllüdlü Yusifov Kənan Mahir oğlu motosikletlə hərəkətdə olarkən idarə etdiyi nəqliyyat vasitəsi sərnişin avtobusu ilə toqquşub. Nəticədə K.Yusifov xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona üz-çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. (Report)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR