Bakıda milli komanda ilə son oyununa çıxdı

Bakıda milli komanda ilə son oyununa çıxdı
Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.
 
Sfera.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
 
Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
 
Yarımmüdafiəçi Almaniyanın "Herta” klubunda çıxış edir.

OXŞAR XƏBƏRLƏR