Bakıda məşhur bankda yanğın - Hadisə yerindən Fotolar

Bakıda məşhur bankda yanğın - Hadisə yerindən Fotolar
Abşeron rayon Mühafizə Polis İdarəsinə rayon ərazisində yanğınla bağlı həyəcan siqnalı daxil olub.

Sfera.az xəbər verir ki, idarənin polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib.

Məlum olub ki, "Muğan Bank"ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında yanğın baş verib.

Abşeron rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli şüşə və plastik konstruksiyalardan ibarət tikilinin 1 otağında kondisioner və ofis avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Bank rəhbərliyi və Abşeron Rayon Polis İdarəsinin məsul şəxsləri hazırda yanğının başvermə səbəblərini araşdırır. /milli.az/
 




OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...