Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı

Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı
Musiqi məktəbində şagirdin telefonu oğurlandı. 

Sfera.az xəbər verir ki, şikayət sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbində oxuyan şagirdlərdən birinin valideyni musiqi məktəbində baş verən oğurluq hadisələrindən narazılığını bildirib.

O bildirib ki, ötən gün sözügedən məktəbdə qızının gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb:

"Qızım gödəkcəsini qarderobda (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma içəridə kameralar yoxdur.

Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bütün bunlar baş verə-verə həmin o qarderob görünən yerə kamera quraşdırılmır. Oğurluqla bağlı dünən "102” Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır”.  

Valideyn musiqi məktəbində uşaqların təhlükəsizliyi və digər hər hansı yaşana biləcək problemlerlə bağlı təhlükəsizlik kameralarının quraşdırılmasının vacib olduğuna diqqət çəkib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti üzrə şikayət qəbul olunub, araşdırma aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz" - Prokurorluqdan helikopter qəzası ilə bağlı yeni açıqlama

"Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”. Bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mah...

Aygün Bayramovaya AĞIR İTKİ

Xalq artisti Aygün Bayramovanın anası dünyasını dəyişib.  Sfera.az xəbər verir ki, bu barədə xalq artisti Nəzakət Teymurova "Facebook" hesabında məlu...

Baş redaktor ailmlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı olan "Azərbaycan məktəbi” jurnalının baş redaktoru olmuş Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənim...

Ov qaydalarını pozan şəxslər cəzalandırıldı

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qoruğun "Sadıqlı” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs sax...

Səlim Müslümovun həbs müddəti UZADILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə ibtidai istintaq davam edir.   Sfera.az xəbər verir ki, sabiq nazir barə...

Vətən müharibəsi iştirakçısı olan müəllim qəfil öldü

Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist Emil Məmmədov məlumat yayıb. O bildirib ki, Bakı ...