Bakıda məktəb direktoru dələduzluğa görə axtarışa verildi

Bakıda məktəb direktoru dələduzluğa görə axtarışa verildi
Bakıda külli miqdarda dələduzluqda ittiham olunan keçmiş məktəb direktoru axtarışa verilib.

Sfera.az-ın  Lent.az-a istinadən məlumatına görə, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin sabiq direktoru Mehdiyeva Sevinc Əlisafa qızı barəsində Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Sabiq direktor dələduzluqda ittiham olunur. Onun vətəndaşlara qarşı 200 min manatdan çox dələduzluq etməsi ilə bağlı iddialar da var. 

Barəsində axtarış elan olunan sabiq direktor ölkədən qaçıb. Onun Rusiyada olduğu güman edilir.  

Qeyd edək ki, 37 yaşlı Sevinc Mehdiyeva Hövsan qəsəbəsi 196 saylı orta məktəbin direktoru olub. O, işlədiyi dövrdə məktəbin kollektivinə qarşı haqsızlıqlar edib. Belə ki, direktor, məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı səbəbsiz yerə, "səndən xoşum gəlmir” deyib işdən çıxarıb. Bundan sonra təsərrüfat işləri üzrə müavini Ülkər Zeynalovanı işdən azad edərək, onun yerinə atası Əlisəfa Hüseynovu təyin edib. Həmçinin ittihamlar arasında direktorun dərs yükü çox olan müəllimlərdən 200 manat, müəllimlər günündə hər müəllimdən onu da "görmələri” adı ilə 50 manat alması da yer alıb. 

Bundan başqa S.Mehdiyevanın işə düzəltmək adı ilə xeyli sayda vətəndaşdan pul aldığı iddia olunur. 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Abşeronda dayı bacısı oğlunu güllələdi

Beyləqan sakini bacısı oğlunu güllələyib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, A...

Ötən gün toylara görə 2 nəfər cərimələndi, 21 nəfər şənliyə buraxılmadı

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 21 nəfər şənliyə buraxılmayıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Bakıda orta məktəbdən oğurluq edildi

Bakıda orta məktəbdən oğurluq edilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Yasamal Rayon Polis ...

Ukraynada həbs olunan “siyasi mühacir“in məhkəməsi başlayır: 90 nəfəri aldadıb

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sfera.az xəbər verir ki, tə...

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

Bəzi şəxslər sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yollayırlar. Yəni, virtual aləmin sərhədsiz imkanlarından neqativ yöndə isti...

Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələndi - FOTOLAR + VİDEO

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib. Bu barədə Sfera.az-a Daxili İşlər ...