Bakıda maşınları əzərək polisdən qaçan şəxs saxlanıldı, cinayət işi açıldı - VİDEO

Bakıda maşınları əzərək polisdən qaçan şəxs saxlanıldı, cinayət işi açıldı - VİDEO
Polisin "saxla” əmrinə tabe olmayan, digər avtomobillərə zərər vuran şəxs vətəndaşların köməyi ilə saxlanılaraq, aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, sentyabrın 24-də paytaxtda "Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü Kamran Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.

"Digər vətəndaşların avtomobillərinə dəyən ziyanla bağlı müraciətləri istintaq materiallarına əlavə edilir", - mətbuat xidmətindən bildirilib.
 


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...