Bakıda marşrut avtobusu yük maşını ilə toqquşdu: yaralılar var
10:44 / 05.05.2019
3673
Bakıda avtobus qəzası baş verib.
Sfera.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.
"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.