Bakıda mağazadan oğurluq kameraya düşüb-VİDEO

Bakıda mağazadan oğurluq kameraya düşüb-VİDEO
 
Bakıda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi olub.
Sfera.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə ötən il paytaxtın Nəriman Nərimanov pr. 191 ünvanında yerləşən ticarət obyektində qeydə alınıb. Belə ki, mağazaya daxil olan şəxs diqqətdən yayınmağı bacarıb. Lakin ticarət obyektində quraşdırılmış müşahidə kameralarını nəzərə almağı unudub. Onun oğurluq etməsi anbaan lentə alınıb.
Qeyd edək ki, mağazadan oğurluq edən şəxs tapılmadığına və məsuliyyətdən yayındığına görə, video mağaza sahibi tərəfindən ictimailəşdirilib.
 
 


OXŞAR XƏBƏRLƏR