Bakıda Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü

Bakıda Liviya vətəndaşı süpürgəçi qadını vurub öldürdü

Bakıda naməlum sürücü yolun kənarında Mənzil Kommunal İstismar Sahəsinin qadın əməkdaşını vurub.

Sfera. az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Naməlum sürücü paytaxtın Azadlıq prospekti, "Skripka" parkının yaxınlığında kobud qayda pozuntusu törədərək yolun kənarında təmizlik işləri aparan, Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Mehdiyeva Ramilə Əlizadə qızını vurub, hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

R.Mehdiyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən "Mercedes E-klas" markalı 019 D 011 nömrə nişanlı avtomobilin sürücüsünün Liviya vətəndaşı Annsi Elnamrud olduğu müəyyən edilib.

Faktla bağlı istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Masallıda “Azərişıq”-ın üç əməkdaşını güllələlədilər

Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları güllələnib. Sfera.az report-a istinadən məlumatına görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib....

SON DƏQİQƏ! Bakıda güclü yanğın başlayıb - VİDEO

 Bakının Suraxanı rayonunda yanğın başlayıb. Sosial şəbəkələrdə yayılmış məlumatlarda bildirilir ki, yanğın Günəşli qəsəbəsində yerləşən fərdi yaşayı...

Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO

 Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin...

SON DƏQİQƏ! Azərbaycanda daha bir həkim koronavirusdan öldü — FOTO

 Astaranın məşhur həkimlərindən biri, cərrah Kamil Əliyev COVID-19-un qurbanı olub.   Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, 48 yaşlı tib...

Qusarda karantin qaydalarını pozan sürücülər cəzalandırıldı - FOTO

 Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinə istirahət məqsədi ilə gələn sürücülərə qarşı reyd keçirili...

Kriminal avtoritetin dəfnində iştirak edənlər saxlanıldı

 Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin...