Bakıda külək 5 ağacı aşırdı
10:07 / 05.05.2021
3738
"Gecədən başlayan küləyə görə Nəsimi, Binəqədi və Nərimanov rayonunda ümumilikdə 5 ağac aşıb”.
Bu barədə Sfera.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
"Nərimanov rayonu ərazisində yerləşən "Günaydın” restoranının qarşısındakı ağacın aşması nəticəsində dirək zədələnib. Hazırda vəziyyət belədir” -, deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Günay Rəsulqızı