Bakıda komendant saatı tətbiq edilir? – AÇIQLAMA

Bakıda komendant saatı tətbiq edilir? – AÇIQLAMA
 

Azərbaycanda koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimi 5 iyul saat 06:00-dək tətbiq olunub.

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində isə karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylərin mövcud olduğu vurğulanıb.

Sosial şəbəkələrdə karantin rejiminin daha da sərtləşdirilərək komendant saatının tətbiq olunacağı ilə bağlı fikirlər yer alır.

Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Qazet.az-a açıqlamasında gücləndirilmiş karantin rejimindən daha qəliz və çətin bir halın olmasına ehtiyac yaranmadığını qeyd edib.

"Sosial şəbəkədə bu tip şayiələr çox yayılır. Hazırda gücləndirilmiş karantin rejimi zamanı vətəndaşlarımız SMS icazə alaraq öz işlərini həll edə bilirlər. Bundan da qəliz və çətin bir halın olmasına ehtiyac yoxdur. Sadəcə olaraq insanların məsuliyyətli olması üçün maarifləndirmə işlərini gücləndirməliyik ki, avqust ayının 1-nə qədər yoluxma sayının azalmasının şahidi olaq”, – deyə N. Həmzəyev bildirib.


OXŞAR XƏBƏRLƏR

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...