Bakıda kafe qarət edildi - 10 min manatlıq oğurluq
14:30 / 02.11.2019
2321
Bakıda kafe qarət edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki kafelərin birindən 10000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev saxlanılıb.
Faktla bağı araşdırma aparılır.