Bakıda istismara tam yararsız binaların sayı açıqlandı
Cəmiyyət
20:00 / 13.01.2022
1688
Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinən məlumat verilib.
Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.
"Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib.
Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib”, - deyə məlumatda qeyd olunub.