Bakıda inanılmaz oğurluq - VİDEO

Bakıda inanılmaz oğurluq - VİDEO
 
Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb.
 
Hadisə "Neftçilər” metro stansiyası yaxınlığındakı ayaqqabı mağazalarından birində qeydə alınıb.
 
Belə ki, mağazaya daxil olan bir gənc özünə ayaqqabı seçib. Sakitcə köhnə ayaqqabılarını çıxaran oğru yenisini geyinərək mağazadan çıxıb.
 
Hadisənin üstü ayaqqabı mağazasının sahibinin təhlükəsizlik kamerasına baxmasından sonra açılıb. Qəribə olay mağaza sahibini xeyli heyrətləndirib. (baku.ws)
 


OXŞAR XƏBƏRLƏR