Bakıda iki qadın əcnəbini soydu

Bakıda iki qadın əcnəbini soydu
Paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Nevbiqqinq Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd "İphone-12” markalı telefonunu oğurlayıb. 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda "isti” izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, həmin şəxslərdən oğurluq yolu ilə əldə etdikləri mobil telefon, içərisində sənədlər, eləcə də bank kartları olan pul kisəsi aşkar olunaraq sahibinə geri qaytarılıb. Saxlanılan şəxslər barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...