Bakıda iki polis rəisi işdən çıxarıldı
17:48 / 03.08.2021
1300
Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.
F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.