Bakıda iki avtomobil yandı
12:38 / 09.10.2021
903
Bakıda iki avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Qaradağ rayonunda "NAZ-Lifan" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yüksək temperaturdan yaxınlıqda dayanan "Hyundai" markalı minik avtomobilinin 2 ədəd qapısı qarsalanıb.
Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.