Bakıda heyvansevərlər meriyaya hücum etdilər

Bakıda heyvansevərlər meriyaya hücum etdilər
"Bu itlər burada doğulub, biz tələb edirik ki, itlər küçələrdən yığılmasın"

Bu dəqiqələrdə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında bir qrup heyvansevər aksiya keçirir. Onlar heyvanların hüquqlarının qorunmasını, itlərin küçələrdə sərbəst gəzməsini, peyvəndlənmiş itlərin yenidən küçələrə buraxılmasını tələb edirlər.

"Valideynlər uşaqlarını düzgün tərbiyə etmirlər. Uşaqları itlərlə qorxutmaqlarına son versinlər. İtlər insanlardan qorxur, onların içində aqressivləri də var, amma itləri küçələrdən yığmaq olmaz”, - aksiya iştirakçısından biri əlavə edib.

Heyvansevərlər mətbuatı itlərin hücumu ilə bağlı məlumatlara görə qınayıblar. Onlardan biri deyir ki, itlərin hücumu ilə bağlı şişirdilmiş məlumatlar yayılır. "Bu itlər burada doğulub, biz tələb edirik ki, itlər küçələrdən yığılmasın. Çox mülayim, peyvəndlənmiş itləri də küçədən yığırlar. Heyvanı vurub qaçırlar”, - aksiya iştirakçısı deyib.

Heyvansevərləri Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları qəbul edərək şikayətləri dinləyiblər. Onlara şikayətlərinin araşdırılacağı bildirilsə də, bu, heyvansevərləri qane etməyib, əksəriyyət küçəyə çıxaraq, fikirlərini aqressiv formada bildirməkdə davam ediblər.

İtlərin qorunması ilə bağlı aksiya sosial şəbəkələrdə geniş narazılığa səbəb olub, yüzlərlə insan itlərin hücumuna məruz qaldığını, xüsusilə azyaşlıların təhlükədə olduğunu bildirərək sahibsiz itlərlə bağlı konkret tədbir görülməsini istəyiblər. Bir çoxları heyvansevərlərə itləri evlərində saxlamağı məsləhət görüblər.

Xatırladaq ki, ötən həftənin sonunda Binəqədi rayonu, Sulutəpə qəsəbəsində it 4 yaşlı uşağın üzünü, gözünü parçalayıb. Azyaşlı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə çatdırılıb. /Virtualaz.org/

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...