Bakıda güclü yanğın: Zəhərlənən var

Bakıda güclü yanğın: Zəhərlənən var
Nizami rayonunda yanğın hadisəsi baş verib.  

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın Mikayıl Əliyev küçəsindəki "Avtopro” avtomobil salonunda baş verib.  

Alov salonun "Servis” mərkəzində başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə xidmətinin texnikası, təcili yardım briqadası və Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.   

İlkin məlumata görə, elektrik naqillərindən biri qırılaraq "Mercedes” markalı avtomobilin üzərinə düşüb. 

Nəticədə nəqliyyat vasitəsi yanıb. Yanğın söndürülüb, digər avtomobillər isə alovdan mühafizə olunub. 

Salonun mühafizəçisi 1954 -cü il təvəllüdlü Həsənov Eldar Əhməd oğlu tüstüdən zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.  

Hadisənin təfərrüatı araşdırılır.  

OXŞAR XƏBƏRLƏR

Bakıda Qadın sürücü "Galendewagen"lə gənc oğlanı vurdu — ÖLÜMCÜLDÜR - VİDEO

"Azneft” dairəsində ağır qəza baş verib. Sfera.az Ölkə.Az dan aldığı məlumata görə, 44 BB 555 nömrəli "Galendewagen” avtomobili piyadanı vurub. Hadi...

İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi

 Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərb...

Baş Prokurorluq və DİN-in vəzifəli şəxsləri Bərdəyə ezam olundu

 Avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ba...

İmişlidə bıçaqlanma hadisəsi baş verib, ölən və yaralanan var

 İmişlidə bıçaqlanma hadisəsi baş verib 1 nəfər ölüb 1 nəfər yaralanıb. Sfera.az xəbər verir ki, hadisə 20 radələrində İmişli rayonu Göbəktala kəndin...

Göygöldə piyadanı avtomobil vurub

 Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Sfera.az xəbər verir ki, qəza Göygöl şəhər ərazisində q...

Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib

 Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların...