Bakıda gizli tunel tapıldı: Gizli məkandan görüntülər - VİDEO

Bakıda gizli tunel tapıldı: Gizli məkandan görüntülər - VİDEO
Adrenalin yaşamaq istəyirsiniz? Gəlin, bir az qaranlıq, bir az səssiz, bir az da həyəcanverici məkana səyahət edək. Budəfəki ünvanımız yer üstündə deyil, altındadır.

Xətai rayonu ərazisindəki yeraltı, bir az da qorxunc, ilk baxışdan yiyəsiz və tərk edilmiş bir sığınacaqdan danışıram. Adıçəkilən rayonun UPD adlanan massivində bizim saydığımız 4 giriş-çıxışı olan bu yeraltı keçid yerli əhalinin söylədiklərinə əsasən, sovet dövründə inşa olunub.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, həmin gün yeraltı sığınacağın kilidli qapısı açıq idi. Çoxdandır ki, görəsən bu quyunun içərisində nə var? - deyə düşünürdük. Qaranlıq və səssiz məkanın içərisində nələrin olduğu bizi hədsiz maraqlandırırdı. Fürsət bu fürsətdir - deyib balaca pilləkənləri ilə aşağıya endik.

Söhbətimizə burada ara verərək deyim ki, sığınacağın yerüstü hissəsində havalandırma sistemindən tutmuş, qazanxana bacalarına qədər hər şey var. Yerli əhali buranı rus dilində "bomboubijişe" adlandırır.

Bəzi rəvayətlərə görə, sovet dövründə bu məkan sığınacaq kimi istifadə olunub. Yəni, Bakıya bomba atılma təhlükəsi olarsa, mülki əhalinin qoruması üçün bu yeraltı sığınacaqlarda mühafizəsi təşkil ediləcəkdi. Ola bilsin ki, bu yeraltı sığınacaq İkinci Dünya müharibəsi dövründə tikilib və təyinatı faşist Almaniyasının bombardmançı təyyarələrindən yerli əhalini qorumaq olub. Təbii ki, bütün bunlar ehtimallardır. Amma içəridəki "setka" çarpayılar, stol və stullar da buranın mülki müdafiə sığınacağı ehtimalını istisna etmir.

İçəri daxil oluruq. Döşəmə hissəsi rənglənib. Amma solğun rənglərdir. İçəridəki qapıların bəziləri uçuq-sökükdür. Bəzi otaqların qapıları isə dəmirdəndir. Özü də çox ağırdır. Stol və stulların olduğu otaqlarda müəyyən kağızlar var. Kağızların bir çoxu latın qrafikalıdır. Hiss olunur ki, bu müəssisə sovet dövründən istifadəsiz qalmayıb. Müstəqilliyin ilk onilliyində də istifadə olunub. Tozlu masaların üzərində "Azərneftyağ İB", "Soyunma otağı", "akkumlyator otağı", "soyuducu otağı" kimi kağız lövhələr, üzərinə "Yanğınsöndürmə xidməti" yazılan qovluqlar görmək mümkündür.

Otaqlar o qədər iç-içədir ki, hətta ani diqqətsizlik dar yeraltı sığınacaq yollarında sizi azdıra bilər. İçəri tam qaranlıqdır. Üstəlik, içəridəki divarlarda "qanlı əl izləri" də görə bilərsiniz. Qandırmı, deyilmi bilmirik. Biz yarıqaranlıq məkanda "qan izinə" oxşatdıq. İçəridəki sanitar qovşaqda xüsusi lampalar, qazan və qazançalar, mülki əşyalar, qızdırıcılar, qovşaqları nasaz kiçikölçülü boru şəbəkələri, ağzıbağlı seyf, hətta qazanxana, orta tutumlu su çənləri... Bir sözlə, hər nə istəsən var.

 

Sığınacağın birinci mərtəbəsində qurunt sularının "var-gəl" etdiyi də diqqətimizdən yayınmadı.

Pilləkənlərdən aşağı enməyə çəkinirik. Çünki bu sığınacağın altında daha bir mərtəbə də var. Orada nələrin olduğunu müəyyən etmək çətin idi. Ona görə ki, bir mərtəbə aşağı düşmək üçün minimal texniki imkanlarımız buna imkan vermirdi. Hətta daha aşağıdakı mərtəbədə dərin tunelin olduğu və Xəzər dənizinə qədər uzandığı bildirilir. Hər halda bütün bunlar əhali arasında bu gizəmli sığınacaqla bağlı dolaşan əhvalatlar, rəvayətlərdir. Hərbi sirr təyinatlı ola biləcəyindən ehtiyatlanaraq detallara varmaq istəmirik.

Adıçəkilən məkandan hazırladığımız foto və videogörüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...

Rusiyalı qadın 12 barmağı olan üçüncü uşağını dünyaya gətirdi

Rusiyada Ufa şəhərindəki Perinatal Mərkəzin həkimləri qeyri-adi irsiyyətli bir xəstə uşağın doğumunda iştirak ediblər. Sfera.az xəbər verir ki, bu barədə t...