Bakıda gənci metro kartına görə bıçaqladılar

Bakıda gənci metro kartına görə bıçaqladılar

Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxan zaman tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Göyçayda mağaza sahibi ona borclu olan sakini öldürüb - Prokurorluq

Ötən gün Göyçayda bıçaqlanaraq öldürülən vətəndaşın qatili istintaqa cəlb edilib. Sfera.az xəbər verir ki, fevralın 18-də saat 12 radələrində üzərində b...

"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı

Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb. Sfera.az-un məlumatına görə, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cin...

Şabranda avtomobil qaçırdılar

Şabran rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən...

Bakıda qadının çantasından tapança aşkarlandı

Bakı qadının çantasından pnevmatik tapança aşkarlanıb. Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətin...

Tərtər sakinini əvvəl sərxoş etdilər, sonra öldürdülər

Oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qətl hadisəsi baş verib. Sfera.az milli.az-a istinadən  xəbər verir ki, Tərtər rayon hüquq-mühaf...

27 yaşlı gənc 3 nəfərlə birləşib bacısının baldızını oğurladı – Azərbaycanda dəhşətli hadisə

  Mingəçevirdə 32 yaşlı qızı oğurlayıblar. Sfera.az unikal.org-a istinadən verdiyi məlumata görə, 13.09.2019-cu il tarixində Əhmədov Akif Şahmar oğl...