Bakıda gəncə qəbiristanlıqda 7 bıçaq zərbəsi vuruldu

Bakıda gəncə qəbiristanlıqda 7 bıçaq zərbəsi vuruldu
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.

OXŞAR XƏBƏRLƏR