Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO

Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu - FOTO
 Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. 

Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.

OXŞAR XƏBƏRLƏR

Bu rayonların giriş və çıxışlarında müvəqqəti postlar quruldu - FOTOLAR

 COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci ilin iyun ayının 5-dən s...

Daha bir məmurun Praqada şirkətləri üzə çıxdı - FOTOLAR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məl...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər ...

Baş nazir bu icra başçıları üçün yeni tələblər müəyyən etdi - FOTO

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Res...

Məşhur aparıcıya yeni vəzifə verildi - FOTO

 "Xəzər TV”nin keçmiş aparıcısı Vamiq Nəsirov özünə yeni iş tapıb. Sfera.az xəbər verir ki, o, "Facebook” profilində bu gündən Azərbaycan Milli Anti-...

AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı BU ŞƏXS İMİŞ — FOTOLAR

 Aztv-nin koronavirusdan vəfat edən əməkdaşı Samir Nemətzadənin fotoları yayılıb.   Sfera.az  xəbər verir ki, Samir 1984-cü ildə anadan olub. 3...