Bakıda evə çağırılan “Təcili yardım”ın 60 yaşlı həkimi döyüldü

Bakıda evə çağırılan “Təcili yardım”ın 60 yaşlı həkimi döyüldü
Bakıda "Təcili yardım” həkimi döyülüb.

"Report” xəbər verir ki, Nərimanov rayonu, Böyükşor qəsəbəsinə çağırışa gedən 6 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi 60 yaşlı Şakir Tarverdiyev ev sahibləri tərəfindən döyülüb.

Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib. 

Polis şikayətlə bağlı araşdırma aparır.

OXŞAR XƏBƏRLƏR