Bakıda ən çox yoluxma bu rayondadır
10:36 / 25.10.2020
6083
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Sfera.az xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.5 faiz, Xətaidə 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, Xəzərdə 5.7 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
(koronavirusinfo.az)