No Image
No Image

Bakıda əməliyyat keçirildi: Saxlanılanlar var

Bakıda əməliyyat keçirildi: Saxlanılanlar var
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılmışdır.
 
Bu barədə Sfera.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülmüşdür.
 
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda gənc qətlə yetirildi

Bakıda qətl hadisəsi törədilib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverd...

İstirahət mərkəzində yanğın

Gəncədə istirahət mərkəzində yanğın baş verib. Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə şəhərin Kəpəz rayonunda istira...

2 avtomobil toqquşdu, xəsarət alanlar var

  Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması n...

Sürücülük vəsiqəsi imtahanına girənlərə cavabları ötürən azərbaycanlı tutuldu - Film kimi olay

İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana...

Saxta vaksinasiya sənədi verən həkimləri HANSI CƏZA GÖZLƏYİR?

Vətəndaşlara saxta sənəd verən həkimlər 2 ilədək azadlıqdan məhrum edilə bilər. Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Ə...

Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

Aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yol...