Bakıda əlvan metal qəbulu məntəqəsinin sahibi saxlanıldı - VİDEO

Bakıda əlvan metal qəbulu məntəqəsinin sahibi saxlanıldı - VİDEO
Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıqlar 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib. Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb. Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Şəfaqətovun dəmir barmaqları satdığı metal qəbulu məntəqəsinin sahibi Toğrul Musayev də saxlanılıb. O, ifadəsində oğurluq dəmir barmaqlıqları aldığını etiraf edib. Toğrul Musayev barəsində Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Oğurluqda iştirak edən digər şəxsin saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...