Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxsə hökm oxundu

Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 

Sfera.az  APA-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Hökmə əsasən, V.Rüstəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl hadisəsi ötən il yanvarın 7-də qeydə alınıb. Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti kirayədə yaşadığı Nizami rayonu R.Rüstəmov küçəsindəki mənzildə tapılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin Lerik rayon sakini Vüqar Zülfü oğlu Rüstəmov olduğu müəyyən edilib və o, həbs edilib. 
 
Qətlə yetirilən Fərid Abbasov 124 saylı Şuşa-Xocalı-Xocavənd-Ağdam Dairə Seçki Komissiyasının sədri Vahid Abbasovun oğludur.

OXŞAR XƏBƏRLƏR