Bakıda direktor valideynləri hədələdi: \"Peyvənd olunmayanların uşaqları imtahana buraxılmayacaq\" - SƏSYAZISI

Bakıda direktor valideynləri hədələdi: \
Azərbaycanda artıq martın 22-dən 40 yaşlıların peyvəndlənməsi prosesi başlayıb.

Peyvənd vurduranların ümumi sayı ölkəmizdə yarım milyondan artıq olsa da, virusun yayılma tempi də narahatlıq yaradır. Maraqlı məqam ondan ibarətdir ki, peyvənd könüllülük prinsipi əsasında vurulsa da, bəzən insanların məcburiyyət qarşısında qoyulduğuna dair də xəbərlər yayılır.

Sfera.az xəbər verir ki, bununla bağlı növbəti xəbər Novxanıdakı Mehdi Hüseynzadə adına 1 saylı məktəbdən gəlib. Belə ki, məktəbin direktoru Mirzəyeva Taliə "Votsap” vasitəsilə yuxarı sinif şagirdlərinin valideynlərinə müraciət edərək onları peyvənd vurdurmağa çağırıb. Direktorun peyvəndi təbliğ edən çıxşını maarifləndirmə xarakterli tədbir kimi dəyərləndirmək olardı, əgər müraciətdəki digər məqam olmasaydı.

Belə ki, direktor kənddə yoluxmanın həddən artıq yayıldığını bildirib və validenyləri peyvənd olunduğuna dair sənəd təqdim etməyən şagirdləri imtahana buraxmamaqla hədələyib:

"Mən sizdən xahiş etdim. Amma əgər xahişə baxmayacaqsınızsa, valideynlərinin peyvənd olunmasına dair sənəd olmasa, mən də 9 və 11-ci siniflərin şagirdlərinə imtahan üçün tələb olunan arayışları təqdim etməyəcəyəm. Ola bilsin, şagirdlərdən imtahanda da valideynlərlə bağlı sənəd tələb olunsun”.
 

(cebhe.info)

OXŞAR XƏBƏRLƏR

Dünyada bu xəstəlik tək bir nəfər körpədə var- “Benjamin Button"

33 yaşlı Steysi və 36 yaşlı Kaylın kiçik qızı İsla Kilpatrik-Screaton, dünyada yeganə olduğu düşünülən, hüceyrələrin sürətlə qocaldığı "Mandibuloakral Disp...

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildi: Ölənlər var

Gürcüstanda etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.   Sfera.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi mitinq iştirakçıları...

Fransa Azərbaycandakı səfirini GERİ ÇAĞIRDI

Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirl...

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.   Bu barədə Musa...

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

“Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırla...

Almaniya prezidenti Türkiyəyə gedir – RƏSMİ

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Almaniya pr...