Bakıda dəhşətli qəza: Tıxac yaranıb - FOTOLAR
23:41 / 02.12.2019
14943
Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Avtoqəza Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alanların olduğu deyilir.
Ərazidə polis əməkdaşları araşdırmalar aparır. Xilasetmə məqsədilə FHN-in əməkdaşları da hadisə yerinə cəlb olunub.
Təfərrüatlar dəqiqləşdirilir.
///APA