Bakıda dəhşətli qəza: ÖLƏN VƏ YARALANAN VAR - FOTO/YENİLƏNDİ
09:10 / 13.10.2021
2272
08:17
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Mərədkan istiqamətində hərəkətdə olan 99-DH-343 DQN-lı "Mersedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 DQN-lı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi bildirilir. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib, nəticədə avtobus aşıb.
Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sfera.az-a verilən məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 08:00 olan məlumata əsasən 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.
***
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Sfera.az-a verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb.
Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.
Orxan
Sfera.az