Bakıda dəhşətli hadisə: Bir neçə yaralı var

Bakıda dəhşətli hadisə: Bir neçə yaralı var
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Sfera.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Yeni Salyan yolu 22 adlanan ərazidə iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Məmmədova Nazilə Adil qızı, 1995-ci il təvəllüdlü Məmmədov Asim Əliyar oğlu və 1988-ci il təvəllüdlü Həsənov Yasər Elman xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Məmmədovaya başın yumşaq toxumalarının əziyi, A.Məmmədova əlin əzilmiş yarası, Y.Həsənova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

 

OXŞAR XƏBƏRLƏR