Bakıda DƏHŞƏT: Sürücü maşını piyadaların üstünə sürdü, ölən və yaralanan var

Bakıda DƏHŞƏT: Sürücü maşını piyadaların üstünə sürdü, ölən və yaralanan var
Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi "BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinlərini vurub.

BiG.AZ-ın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, "BMW”nin vurduğu piyadalar Rafiq Rzayev, Dəyanət Ağazadə, qardaşı İlham və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılova olub.

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR