Bakıda dəhşət - piyada avtomobillərin arasında qaldı, komaya düşdü - VİDEO

Bakıda dəhşət - piyada avtomobillərin arasında qaldı, komaya düşdü - VİDEO
Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

"Toyota" markalı avtomobil hərəkətdə olan zaman qarşısına qəfildən piyada çıxıb. Həmin avtomobil manevr edərək piyadanı ötüb. Lakin eyni istiqamətdə hərəkətdə olan "Azsamand" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq "Toyota"ya çırpıb.

İki avtomobilin arasında qalan piyada - 1980-ci il təvəllüdlü Adil Əzizov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun aldığı xəsarətlərdən sonra komaya düşdüyü bildirilir.

Hazırda Ziya Bünyadov prospektində metronun "20 Yanvar" istiqamətində tıxac yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 


OXŞAR XƏBƏRLƏR