Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO

Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
 Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib.

Bakıda taksi sürücüsü yol polisinə tabesizlik göstərib. 
 
Sfera.az  "avtosfer.az"a istinadən xəbər verir ki, hadisə Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişməsində baş verib. Niyazi küçəsindən sola Prezident Adminstrasiyası istiqamətində dönmək istəyən 90 PL 256 dövlət nömrə nişanlı, "Lada Granta" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü, Orxan Məmmədli orda xidmət aparan YPX əməkdaşlarının göstərişinə tabe olmayıb. Yol polisləri ona sağa hərəkət etməyi göstərsələr də sürücü təxminən bir dəqiqə ərzində avtomobili ərazidə saxlayıb. Sonra isə qəfildən avtomobildən düşərək yol polislərinə hücum edib. YPX əməkdaşı onu sakitləşdirməyə çalışsalar da Orxan Məmmədli müqavimət göstərib. Sonda yol polisləri onu kənara çəkərək saxlamağa nail olub. Digər YPX əməkdaşı isə avtomobili təhlükəsiz əraziyə çəkərək sıxlığın qarşısını alıb. 
 
Sürücü barəsində toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Orxan Məmmədli 30 gün müddətində inzibati qaydada həbs edilib. Görüntüləri təqdim edirik: 
 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...