Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verildi

Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verildi
 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq "BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir. 

Sfera.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən "BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlər üçün əlçatandır.

Dəyişikliklə əlaqədar marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"

Zəngəzur Dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəng...

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması ən aktual məsələlərdən biridir.   Bəs inkluziv təhsil nədir və necə qurulmalıdır?  ...

Prezident: "Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir"

Bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hə...

İlham Əliyev: "Dünya bundan sonra uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq"

Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac d...

Yağış, şimşək, dolu... - Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, sabah Bakıda və A...

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb.    Sfera.az xə...