Bakıda daha bir küçənin təmirinə başlanıldı

Bakıda daha bir küçənin təmirinə başlanıldı
Bu ilin İnvestisiya Proqramına uyğun olaraq Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin agentlik tərəfindən əsaslı təmiri işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə,hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Uzunluğu 1.8 km təşkil edən küçənin uzun müddət təmir edilməməsi hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başladılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.

Məlumata görə, hazırda küçə boyu köhnə səki daşlarının söküntüsü işləri aparılır.

Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.

Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.

Cari ilin "İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10.4 km uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.

Qeyd edək ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...