Bakıda daha bir avtobusda pulsuz \"Wi-Fi\" xidməti

Bakıda daha bir avtobusda pulsuz \
"Xaliq Faiqoğlu" MMC 85 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.

Sfera.az xəbər verir ki, hazırda 18 saylı marşrut xətt avtobuslarında da sərnişinlərə pulsuz "Wi-Fi" xidməti göstərilir. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.

Yaxın günlərdə "Xaliq Faiqoğlu” MMC-nin istismarında olan və "BakıKart” sisteminə qoşulmuş digər xətlərdə də "Wi-Fi" cihazları quraşdırılacaq.

 

Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi "xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.

Qeyd edək ki, "Xaliq Faiqoğlu" Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir.


OXŞAR XƏBƏRLƏR