Bakıda çörəyin qiymətinin bahalaşması xəbərinə RƏSMİ AÇIQLAMA

Bakıda çörəyin qiymətinin bahalaşması xəbərinə RƏSMİ AÇIQLAMA
Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sfera.az-a verilən məlumata görə, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən "dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel: 498-15-01, 498-15-04).


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...