Bakıda “Chevrolet Epica” 3 dəfə ucuz qiymətə satıldı

Bakıda “Chevrolet Epica” 3 dəfə ucuz qiymətə satıldı

“Hərraca çıxarılan bütün avtomobillər alınıb”.

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 16-da keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. 

Sfera.az komitəyə istinadən xəbər verir ki, hərraca çıxarılan 6 avtomobildən 6-sı da satılıb.

Qeyd edək ki, bütün avtomobillər başlanğıc qiymətinə alınıb. 

Belə ki, Chevrolet Epica 3 604, QAZ 66-11, 1 080, 2004-cü il istehsalı olan Tofaş Şahin 1 918, 2005-ci il istehsalı olan Tofaş Şahin 2 094, Peugeot 406 isə 1 748 manata satılıb. Xatırladaq ki, iyunun 16-da keçirilən hərraca 2007-ci il istehsalı olan 2 ədəd 2007-ci il istehsalı olan Chevrolet Epica, 1993-cü il istehsalı olan QAZ 66-11, 2004 və 2005-ci il istehsalı olan Tofaş Şahin, 2002-ci il istehsalı olan Peugeot 406 avtomobilləri çıxarılmışdı.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2007-ci il istehsalı olan Chevrolet Epicanın qiyməti 11 000 dollar və ya 11 544 manat, 2004-cü il istehsalı olan Topaş Şahin 3 900 dollar və ya 4 093 manat, 2005-ci il istehsalı olan Topaş Şahin isə 5 500 dollar və ya 5 772 manatdır.


OXŞAR XƏBƏRLƏR