Bakıda 1 milyonluq yaqut daşını oğurlayanlar tutuldu - FOTO/VİDEO

Bakıda 1 milyonluq yaqut daşını oğurlayanlar tutuldu - FOTO/VİDEO
Xətai rayonunda nadir tapılan, yüksək qiymətli çəhrayı yaqut daşını soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar.

DİN-dən Sfera.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini bir müddət əvvəl ona məxsus çəkisi 14,88 qram olan qiymətli, nadir tapılan çəhrayı yaqut daşını satmaq istəyib. Daha sonra özünü Türkiyə vətəndaşı "Çağdaş” kimi təqdim edərək onunla əlaqə saxlayan bir nəfər həmin daşı almaq üçün görüşmək istədiyini bildirib. Zərərçəkənlə Xətai rayonu ərazisində görüşən həmin şəxs daşın keyfiyyətini və saflığını yoxlamaq məqsədi ilə çəhrayı yaqutu ondan alıb, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə əvvəllər məhkum olunmuş paytaxt sakinləri Röyal İmamverdiyev və Ruslan Orucov tərəfindən törədilib. Həmin şəxslərin yaşadıqları mənzilə baxış zamanı zərərçəkənə məxsus yaqut daş, həmçinin, Ruslan Orucovun evindən əlavə 4 kiloqram 735 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Onlar cinayət yolu ilə əldə etdikləri yaqut daşı bir müddətdən sonra Türkiyə və ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq satmağı planlaşdırıblar.

Ruslan Orucov ifadəsində bildirib ki, zərərçəkmiş şəxs yaqut daşı 1 milyon dollara satmaq istəyirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.4 (Soyğunçuluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
 



OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...