Bakıda casusluqda ittiham olunan ermənilərin məhkəməsi davam edir

Bakıda casusluqda ittiham olunan ermənilərin məhkəməsi davam edir
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək, hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürməklə casusluq ediblər.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanlarına ötürüblər.

2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə yollanan zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq) , 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslər verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Onlar bildirib ki, yalnız Azərbaycan dövlət sərhədini qanunsuz keçdikləri üçün özlərini təqsirli bilirlər.

Prosesdə Gevorg Sujyan sərbəst ifadəsində bildirib ki, onun Ermənistanda xeyriyyə təşkilatı var:

"Müharibə başlayan zaman məni tanıyanlar yardımlar gətirməyə başladılar. Mən həmin yardımları toplayaraq orada olan əsgərlərə hərbiçələrə, Xankəndində insanlara köməklik edirdim. Mən həmin yardımların hamısını "facebook" səhifəmdə paylaşırdım. Gorusdan yardımları toplayıb, Xocavənd rayonu ərazisində hərbi hissələri apardım. Hər birinin şəklini çəkib, yardım verən adamlara atırdım. Şuşaya da ibadət üçün gəlmişəm. Orada jurnalistlərə açıqlamalar da verdim, daha sonra Xankəndində olan vəziyyətlə bağlı videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşmışdım. Noyabrın 10-da kapitulasiya aktından sonra qərara gəldim ki, Xankəndiyə gedim. Çünki oradan bizə çoxlu müraciətlər var idi. Onlara yardımlar aparmalı idim. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Maşınımızı yoxladılar. Biz onlardan keçib-keçə bilməyəcəyimizi soruşduq. Onlar bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Bir zaman gördük ki, Azərbaycan bayrağı görünür. Biz həmin yerdə dayandıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq və həbs edildik".

Prokurorun suallarına cavab olaraq Gevorg Sujyan bildirib ki, 2018-ci ildən "Yeni Ermənistan Vətən" Diaspora təşkilatının təsis edib:
"Artak adlı şəxsi tanımışam. Lakin onun xüsusi xidmət orqanın əməkdaşı olduğundan xəbərim olmayıb. Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam. Davitlə 2020-ci ilin yay aylarında tanış olmuşam. Yardımları onunla birlikdə aparırdım. Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm".

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsində ziddiyyət olduğundan istintaqdakı ifadəsi də elan edilib.

O, istintaqda ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sankt-Peterburq şəhərində yaşayır:

"Uzun müddət həmin şəhərində ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində bitirmişəm. Univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirivokan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".

Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqanından bir nəfər ona zəng edərək görüşməyi təklif edib:

"Mən də qanun qarşısında təmiz olduğumdan Artak adlı xüsusi xidmət orqanın əməkdaşı ilə görüşdüm. O, mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün kafedə biz görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O, mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqeləri, saylarını və teknikaları ilə bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".

Proses saat 14:10-dək təxirə salınıb.

*** 11:26 
 
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Sfera.az-ın xəbərinə görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilir.

Prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...