Bakıda buzlu yollar 5 nəfərin yaralanmasına səbəb olub - Rəsmi
Hadisə
13:50 / 11.02.2020
2316
Son 2-3 gündür ki, Bakı da şaxtalı, qarlı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında paytaxtda bəzi yollar buz bağlayıb.
Sfera.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva yeni sabah-a bildirib ki, hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub:
"Onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub. Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib”.