Bakıda bu məktəb koronavirusa görə bağlandı
14:35 / 26.10.2021
622
Bakının 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.
Sfera.az bildirir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".