Cəmİyyət

Bakıda bu maşrut da kart sisteminə keçir

Bakıda bu maşrut da kart sisteminə keçir
Yaxın zamanlarda 199 saylı marşrutla hərəkət edən avtobuslar kart sistemi ilə ödənişə keçəcək.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə "Xaliq Faiqoğlu" nəqliyyat şirkətindən bildiriblər.

199 saylı avtobuslar "Riad" ticarət mərkəzi - "Şərq bazarı" marşrutu ilə hərəkət edir.

Şirkətdən verilən məlumata görə, avtobusların kart sisteminə keçidinin dəqiq vaxtı məlum olmasa da, bunun gələn ay ola biləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda "Xaliq Faiqoğlu"na məxsus 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrutlarda "BakıKart" sistemi işləyir.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30