Bakıda bu gün yeni metro qatarları xəttə buraxılır
13:58 / 02.07.2019
2716
Bakı Metropoliteni" QSC bu gün yeni qatarlarını xəttə buraxacaq.
Bilge.az "Bakı Metropoliteni"nə istinadən bildirir ki, bu gün ümumilikdə 10 vaqon, yaxud 2 qatar xəttə çıxarılacaq.
İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.
Xatırladaq ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək.