Bakıda “Biz sizi unutmadıq- 7” adlı bayram aksiyası keçirildi

Bakıda “Biz sizi unutmadıq- 7” adlı bayram aksiyası keçirildi
 Bakıda "Biz sizi unutmadıq- 7” adlı bayram aksiyası keçirildi Bu gün "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi səhər saat 06:00-dan başlayaraq qarşıdan gələn "8 Mart” - Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının müxtəlif yerlərində "Biz sizi unutmadıq - 7” adlı aksiya keçirib.
 
Birlikdən Sfera.az-a verilən məlumata görə, aksiya çərçivəsində "Yeni Üfüq” İB-nin üzvləri paytaxtın ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər. Aksiyanın əsas məqsədi "8 Mart” – Beynəlxalq Qadınlar Günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.

Birliyin sədri Sevinc Əzimbəyli bildirdi ki, artıq 7 ildir "8 Mart” bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya həyata keçirilir: "Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz xanımlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk. Digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririk ki, şəhərin təmizlənməsində rolu olan analarımıza öz qayğılarını əsirgəməsinlər. Çox qürurverici haldır ki, bu il "Biz sizi unutmadıq –7” adlı aksiyaya onlarla xeyirsevər fədakar gənclərimiz dəstək olaraq fərdi şəkildə bu aksiyaya qoşulublar və öz həmrəyliklərini bildiriblər”.

Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...