Hadİsə

Bakıda bina yanır - SON DƏQİQƏ! + VİDEO

Bakıda bina yanır - SON DƏQİQƏ! + VİDEO
 

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan üç otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930