Bakıda “Bazar Store”da yanğın - VİDEO
16:13 / 01.07.2021
1929
Bakının Binəqədi rayonunda supermarketdə yanğın olub.
Hadisə şahidlərinin verdikləri məlumata görə, 8-ci mikrorayonda yerləşən "Bazar Store” supermarketin fasadına quraşdırılan kondisioner alışıb. Nəticədə yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
BAKU.WS